“Yuventus”dan heç-heçə, “Mançester Siti”dən darmadağın - YENİLƏNDİ

“Yuventus”dan heç-heçə, “Mançester Siti”dən darmadağın - YENİLƏNDİ
Təxminən iki aylıq fasilədən sonra bu gün avrokuboklarda həyacan qaldığı yerdən davam edəcək.
 
Sport7.az xəbər verir ki, Çempionlar Liqasının 1/8 final həyacanı iki qarşılaşma ilə başlayacaq.
 
Almaniyalı hakim Feliks Brixin start fiti ilə Turində "Yuventus”la "Tottenhem” münasibətlərini aydınlaşdırmağa başlayacaqlar. Bazeldə isə yerli komanda hazırda yaxşı formada olan "Mançester Siti”ni qəbul edəcək.
 
Daha iki qarşılaşma isə sabah keçiriləcək. Həmin qarşılaşmalarda "Portu” "Liverpul”la, "Real” isə PSJ ilə qarşılaşacaq.
 
Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar

   

13 fevral

"Yuventus” (İtaliya) – "Tottenhem” (İngiltərə) - 2:2

Qollar: İquayn, 2, 9 (pen.) - Keyn, 35, Eriksen, 72

Baş hakim: Feliks Brix (Almaniya)

"Yuventus" stadionu, Turin

 

"Yuventus”: Buffon, De Şilio, Benatio, Kyellini, Aleks Sandro, Pyaniç, Xedira, Bernardeski, Duqlas Kosta, Mancukiç, İquayn

"Tottenhem”: Lloris, Orye, Sançez, Vertongen, Devis, Dembele, Dayer, Lamela, Eriksen, Delle Alli, Keyn

 

"Bazel” (İsveçrə) – "Mançester Siti” (İngiltərə) - 0:4

Qollar: İlkay, 14, 53, Silva, 18, Aquero, 23

Baş hakim: Yonas Eriksson (İsveç)

"Sankt-Yakob Park", Bazel

 

"Bazel”: Vaslik, Lakrua, Fray, Ştoker, Suxi, Oberlin, Sere Di, Elyunussi, Riveros, Caka

"Mançester Siti”: Ederson, Uolker, Kompani, Otamendi, Delf, Fernandinyo, İlkay, De Brün, Sterlinq, Bernard Silva, Aquero


 
Sport7.az

Xəbər lenti