"Futbol bizə çox şey öyrədib" - 2 yaşlı "Old Wolf"

Bu gün "Keşlə" klubunun azarkeşlərindən ibarət olan "Old Wolf" fan-klubunun 2 yaşı tamam olur. 

Bu barədə Sport7.az-a fan-klubun rəhbəri Elnur Yusifov məlumat verib. 

O saytımıza açıqlamasında fan-klubun yaranma tarixindən bəhs edib: 
 


"Hələ "İnter" klubu olan vaxtlardan, 2012-ci ildə fan-klubun rəhbəri olaraq çalışırdım. Birara "Toffozi" adlı fan-klub da yaratdım. Lakin həmin vaxtlar uşaqların bir çoxu hərbi xidmətə yollandı, bəzilərinin başı ali məktəbə qarışdı deyə, 2-3 nəfərə görə fan-klub saxlamadıq. 

"Keşlə" dönəmində də klubun qışın soyuğu, yayıan istisi demədən bütün ev-səfər oyunlarında yanında olmuşuq. Hazırda klubun rəsmi fan-klubuna Əhməd Manafov rəhbərlik edir. Mən isə 1 aprel 2018-ci ildə  "Old Wolf" fan-klubunu yaratdım. Həmin tarixdə "Azərsun Arena"da keçirilən "Qarabağ" - "Keşlə" oyununda ilk bannerimizi açdıq. O görüşdə Slavik Alxasovun vurduğu qolla 1:0 hesabı ilə qalib gəlmişdik. 

Bu yaxınlarda da uşaqlarla qərar verdik ki, bannerimizi yeniləyək. Son iki oyunda yeni bannerimizlə çıxdıq. Hər oyunda minimum 25-30 nəfər üzvlərimizlə komandamızın yanında olub qələbəyə səsləyirik. Ailə, dostlar, yaxınlar öz yerində, futbol bizə çox şey verib, həm pis, həm yaxşı, çox şey öyrədib. Sadəcə olaraq koronavirus pandemiyası səbəbindən çempionat təxirə salınıb və biz azarkeş olaraq bu pis günlərin geridə qalmasını və sevimli komanmızın yenidən yaşıl meydanlara dönməsini gözləyirik". 
 
Röya Kərimli
Sport7.az
 
























 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR