Futbol klubu məhkəmədə uduzdu – Azərbaycanda

Futbol klubu məhkəmədə uduzdu – Azərbaycanda

"Mediland” MMC Topaz Premyer Liqasında çıxış edən "Keşlə" (əvvəlki "İnter") klubunu məhkəməyə verib.

Sport7.az "Report”a istinadən xəbər verir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC pul barədə tələb irəli sürüb. Pulun məbləği açıqlanmayıb. Üçüncü şəxs qismində "Keşlə” klubu göstərilib. Məhkəmə iddianı qismən təmin edib.

Qərardan narazı qalan cavabdehin nümayəndəsi apellyasiya şikayəti verib. Hazırda şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır. Növbəti məhkəmə iclası fevralın 13-də keçiriləcək.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR