Futbol klubumuz üçün yeni ad və sponsor

Futbol klubumuz üçün yeni ad və sponsor

"Binə" Futbol Klubu ilə fast-food sektoru üzrə müştərilərə xidmət göstərən restoran şəbəkələrindən biri olan "Don Eritto Binə" arasında forma sponsorluğu və əməkdaşlıq haqqında razılaşma əldə olunub.

Sport7.az xəbər verir ki, anlaşmaya əsasən "Binə"nin U-15 komandası 2019/2020 mövsümünün qalan müddətində üzərində "Don Eritto Binə" yazılı formalarda çıxış edəcək.

"Don Eritto Binə" müəssisəsi fəaliyyəti boyunca sosial məsuliyyət layihələrində fəal iştirak etmiş və bu anlaşmanın hər iki tərəf üçün əsas məqsədi Binə qəsəbəsində futbolun inkişafına təkan vermək, yeniyetmə və gəncləri futbola cəlb edərək onları sağlam həyata yönləndirməkdi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR