Futbol məşqçiləri üçün AFFA-da seminar təşkil olunub

Futbol məşqçiləri üçün AFFA-da seminar təşkil olunub
Mayın 16-da AFFA-nın inzibati binasında futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən klubların məşqçiləri üçün "İnstat” şirkətinin nümayəndələrinin iştirakı ilə seminar təşkil olunub.

Sport7.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların ətraflı statistik göstəricilərinin əhəmiyyətini, həmçinin əksər klubların daha əvvəl də "İnstat” şirkəti ilə əməkdaşlığını nəzərə alaraq Azərbaycan Futbol Federasiyaları Assosiasiyası danışıqlardan sonra şirkətlə ikiillik müqavilə imzalayıb.
 
Müqaviləyə əsasən, "İnstat” şirkəti növbəti iki mövsüm ərzində bütün milli komandaları, Premyer Liqa klublarını və AFFA-nın Gənclər Liqasını oyunların hesabatı, videoanaliz, statistika və fitness göstəricilərlə təmin edəcək.

AFFA layihənin bütün xərclərinin ödənilməsini öz üzərinə götürüb.
 
Sport7.az

Xəbər lenti