Futbol qaydaları: Oyunçular

Futbol qaydaları: Oyunçular
Qayda 3 - Oyunçular

1. Oyunçuların sayı

Matç iki komandanın iştirakı ilə, qapıçı da daxil olmaqla, hər bir komandada 11 nəfərdən artıq oyunçu olmamaqla keçirilir. Hər hansı komandanın heyətində 7 nəfərdən az oyunçu olarsa, matç başlamavə ya davam etdirə bilməz. 

Bir, yaxud bir neçə oyunçunun bilərəkdən oyun meydanını tərk etməsi nəticəsində komandada 7 nəfərdən az oyunçu qalmışdırsa, hakim oyunu saxlamağa məcbur deyil və üstünlük prinsipi tətbiq edilə bilər, lakin top oyundan çıxdıqdan sonra əgər komandada oyunçuların sayı 7-dən azdırsa, hakim oyunu bırpa etməməlidir. 

Əgər yarışın reqlamentində bütün əsas və ehtiyat oyunçuların başlanğıc zərbəsinə qədər sifariş edilməsinədair tələb nəzərdə tutulmuşsa və komanda matçı 11 nəfərdən az oyunçu ilə başlayırsa, bu halda yalnız matçın protokolunda qeyd olunan  əsas və ehtiyat oyunçular, onların gəlib çıxmaları müqabilində matçda iştirak edə bilərlər. 

2. Əvəzetmələrin sayı

Rəsmi yarışlar

Əvəzetmələrin maksimal sayının üç olduğu, kişi və qadın futbolçulardan ibarət, yüksək divizionların əsas komandaları və ya A milli komandalar arasında keçirilən yarışlar istisna olmaqla, rəsmi yarışlar çərçivəsində keçirilən hər hansı matçda maksimum beşə qədər olan əzəvetmələrin sayı FİFA, konfederasiya və ya milli assosiasiya tərəfindən müəyyən ediləcək. 

Yarışın reqlamentində müəyyən edilməlidir:

- ehtiyat reqlamentində  siyahısında 3-dən maksimum 12-ə qədər göstərilən oyunçuların sayı
- matçda əlavə vaxt təyin edildiyi təqdirdə bir əlavə əvəzetmədən istifadə  edilməsinə icazə verilib-verilməməsi (komandanın artıq icazə verilən əvəzetmə sayından istifadə edib-etməməsindən asılı olmayaraq)

Ehtiyat oyunçu yalnız aşağıdakı hallarda meydana daxil ola bilər:

- oyun saxlanılan zaman 
- mərkəz xəttindən
- əvəz edilən oyunçu meydanı tərk etdikdən sonra
- hakimin işarəsindən sonra

Əvəzetmə, ehtiyat oyunçunun oyun meydanına daxil olması ilə başa çatır; bu andan etibarən, əvəz edilmiş oyunçu oyundan çıxmış hesab olunur və meydana daxil olmuş oyunçu oyunu bərpa edə bilər. 

Bütün əvəz edilmiş və ehtiyat oyunçular, oynayıb-oynamamalarından asılı olmayaraq, hakimin səlahiyyətlərinə tabedirlər. 

Digər matçlar

"A" milli yığma komandaların iştirakı ilə keçirilən matçlarda ehtiyat oyunçular siyahısına maksimum 12 ehtiyat oyunçu daxil edilə bilər, lakin onlardan maksimum 6-sı istifadə edilə bilər. 

Bütün digər matçlarda, aşağıdakı şərtlərə əməl etməklə, daha çox əvəzetmədən istifadə etmək olar:

- komandalar maksimal sayla bağlı razılığa gəlirlər
- hakim oyundan əvvəl məlumatlandırılır

Əgər matçdan əvvəl hakim məlumatlandırılmırsa və ya komandalar arasında razılıq əldə edilmirsə, hər bir komanda maksimum 6 əvəzetmədən istifadə edə bilər. 

Təkrar əvəzetmələr (əvəz edilmiş oyunçunun yenidən meydana daxil olması)

Təkrar əvəzetmələrə milli futbol assosiasiyasının, konfederasiyanın və ya FİFA-nin razılığı ilə gənc, veteran, fiziki, imkanları məhdud və həvəskar  futbolçular arasında keçirilən matçlarda icazə verilir. 
 


3. Əvəzetmə proseduru

Ehtiyat oyunçuların soyadları matçın başlamasına qədər hakimə təqdim olunmalıdır. Həmin vaxt qədər soyadı hakimə təqdim edilməmiş gər hansı ehtiyat oyunçu matçda iştirak edə bilməz. 

Əsas oyunçunun ehtiyat oyunçu ilə əvəz edilməsi üçün aşağıdakı sərtlər yerinə yetirilməlidir:

- hər hansı əvəzetmədən əvvəl hakim məlumatlandırılmalıdır
- əvəz edilən oyunçunun artıq meydanı tərk etdiyi hallar istisan olmaqla, o, oyun meydanını tərk etmək üçün hakimdən icazə almalıdır
- əvəz edilən oyunçu meydanı mərkəz xəttindən tərk etmək məcburiyyədeyil və təkrar əvəzetməyə icazə verilən hallan istisna olmaqla, matçın sonrakı gedişində iştirak edə bilməz.
- əgər əvəz edilməli olan oyunçu meydanı tərk etməkdən imtina edirsə, oyun davam etdirilir. 

4. Qapıçının dəyişdirilməsi

İstənilən oyunçu qapıçı ilə yerinə dəyişə bilər, bu şərtlə ki:

- dəyişikliyin edilməsindən əvvəl hakim məlumatlandırılsın
- dəyişiklik oyun saxlanılan zaman edilsin

5. Pozuntular və cəzalar

Əgər soyadı ehtiyat oyunçular siyahısında olan oyunçu start heyətində əsas oyunçunun əvəzinə meydana çıxırsa və hakim bu dəyişiklik haqqında məlumatlandırılmırsa:

- hakim ehtiyat oyunçunun oynamağa davam etməsinə icazə verir
- ehtiyat oyunçular siyahısında olan oyunçuya qarşı intizam sanksiyası tətbiq olunmur
- əsas heyətin oyunçusu ehtiyat oyunçu hesab edilə bilər
- əvəzetmələrin sayı azaldılmır
- hakim insident haqqında müvafiq instansiyalara məlumat verir

Əgər əvəzetmə hissələr arasındakı fasilə zamanı, yaxud əlavə vaxtın başlamasından əvvəl yerinə yetirilirsə, əvəzetmə proseduru ikinci hissənin, yaxud əlavə vaxtın başlanmasına qədər başa çatdırılmalıdır. Əgər hakim əvəzetmə barədə məlumatlandırılmırsa, meydana yeni çıxmış oyunçu oyuna davam edə bilər, heç bir intizam sanksiyası tətbiq olunmur və insident barədə müvafiq instansiyalara məlumat verilir. 

Əgər oyunçu, hakimin icazəsi olmadan, qapıçı ilə yerini dəyişirsə, hakim

- oyunu davam etdirir
- dəyişikliyin hissələrarası fasilə (habelə əlavə vaxt) zamanı və yaxud matç başa çatması ilə əlavə vaxtın və ya 11 metrlik zərbələr seriyasının başlanması arasında baş verdiyi hallar istisna olmaqla, top növbəti dəfə oyundan çıxdıqda, hər iki oyunçuya xəbərdarlıq edir.

Bu Qaydanın hər hansı digər pozuntusunda:

- oyunçulara xəbərdarlıq edilir
- matç, oyun saxlanılan anda topun olduğu yerdən yerinə yetirilən sərbəst zərbə ilə bərpa olunur
 


6. Əsas və ehtiyat oyunçuların qovulması

Əsas heyətin oyunçusunun qovulması

- Komandaların heyətlərinin təqdim edilməsindən əvvəl qovulmuş əsas oyunçu, heç bir şəkildə matçın protokoluna daxil edilə bilməz. 
- Komandanın heyətində qeyd edildikdən sonra və başlanğıc zərbəsindən əvvəl qovulan əsas heyətin oyunçusu ehtiyat oyunçu ilə əvəz edilə bilər, lakin həmin ehtiyat oyunçunun əvəzinə protokola başqa ehtiyat oyunçu daxil edilə bilməz; əvəzetmələrin sayı azadılmır
- Başlanğıc zərbəsindən sonra qovulan əsas heyətin oyunçusu əvəz edilə bilməz; əvəzetmələrin sayı azaldılmır

Başlanğıc zərbəsindən əvvəl və ya sonra qovulmuş ehtiyat oyunçu əvəz edilə bilməz. 

7. Oyun meydanında artıq şəxslər

Matçın protokolunda komandanın məşqçisi və digər rəsmi şəxsi ( əsas vı ehtiyat oyunçular istisna olmaqla) kimi qeyd edilmiş şəxslər komandanın rəsmi şəxsləri hesab olunur. Matçın protokolunda əsas heyətin oyunçusu, ehtiyat oyunçu və ya komandanın rəsmi şəxsi kimi qeyd edilməmiş hər hansı şəxs, kənar şəxs sayılır. 

Əgər komandanın rəsmi şəxsi, ehtiyat oyunçusu, əvəz edilmiş oyunçusu, yaxud qovulmuş oyunçusu və ya kənar şəxs oyun meydanına daxil olursa, hakim:

- yalnız oyuna müdaxilə olan hallarda oyunu saxlayır
- oyun saxlanılan zaman həmin şəxsi meydandan uzaqlaşdırır
- müvafiq intizam tədbiri görür

Əgər oyun saxlanılmışsa və:

- oyuna komandanın rəsmi şəxsi, ehtiyat oyunçusu, əvəz edilmiş oyunçusu və ya qovulmuş oyunçusu tərəfindən müdaxilə edilmişsə, oyun cərimə zərbəsi və ya 11 metrlik zərbə ilə bərpa olunur
- oyuna kənar şəxs tərəfindən müdaxilə edilmişsə, oyun mübahisəli topla bərpa olunur

Əgər top qapıya daxil olursa və müdaxilə, müdafiə olunan komandanın oyunçusunun topa oynamasının qarşısını almırsa, qol qeydə alınır (hətta topa kontakt olsa belə), bir şərtlə ki, top əks komandanın qapısına daxil olmasın. 

8. Oyun meydanından kənardan olan oyunçu

Oyun meydanına qayıtmaq üçün hakimin icazəsinin tələb olunduğu hallarda, oyunçu hakimin icazəsi olmadan meydana qayıdırsa, hakim:

- oyunu saxlamalıdır (əgər oyunçu oyuna və ya matçın hakimlərinə müdaxilə etmirsə və ya üstünlük prinsipi tətbiq edilə bilərsə, oyun dərhal saxlanılmamalıdır)
- oyun meydanına icazəsiz daxil olduğu üçün oyunçuya xəbərdarlıq edilməlidir

Əgər hakim oyunu saxlayırsa, oyun aşağıdakı kimi bərpa olunmalıdır:

- müdaxilənin edildiyi yerdən cərimə zərbəsi ilə
- əgər müdaxilə olmayıbsa, oyun saxlanılan anda topun olduğu yerdən sərbəst zərbə ilə

Oyun epizodunun davamı kimi meydanı məhdudlaşdıran xətti keçən oyunçu, qayda pozuntusu etmiş hesab olunmur. 
 


9. Qol vurulan zaman oyun meydanında artıq şəxsin olması

Əgər qol vurulduqdan sonra, oyunun bərpa olunmasına qədər hakim vurulan anda meydanda artıq şəxsin olduğunu aşkar edərsə:

- hakim qolu ləğv etməlidir, əgər artıq şəxs:

- qol vuran komandanın əsas oyunçusu, ehtiyat oyunçusu, əvəz edilmiş oyunçusu, qovulmuş oyunçusu və ya rəsmi şəxsidirsə; oyun artıq şəxsin olduğu yerdən sərbəst zərbə ilə bərpa olunur
- oyuna müdaxilə edən kənar şəxsdirsə, oyun "mübahisəli top"la bərpa olunu, bir şərtlə ki, qol "oyun meydanında artıq şəxslər" bölməsində qeyd edilmi nəticəyə səbəb olmasın

- hakim qolu qeydə almalıdır, əgər artıq şəxs:

- qol buraxan komandanın əsas oyunçusu, ehtiyat oyunçusu, əvəz edilmiş oyunçusu, qovulmuş oyunçusu və ya rəsmi şəxsidirsə 
- oyuna müdaxilə etməyən kənar şəxsdirsə

Bütün hallarda, hakim artıq şəxsi oyun meydanından uzaqlaşdırmalıdır. 

Əgər qolun vurulmasından və oyunun bərpa edilməsindən sonra hakim, qol vurulan anda oyun meydanında artıq şəxsin olduğunu aşkar edərsə, qol ləğv edilə bilməz. Əgər artıq şəxs hələ də oyun meydanındadırsa, hakim:

- oyunu saxlamalıdır
- kənar şəxsi meydandan uzaqlaşdırmalıdır
- oyunu müvafiq olaraq mübahisəli topla və ya cərimə/sərbəst zərbə ilə bərpa etməlidir

Hakim insident haqqından müvafiq instansiyalara məlumat verməlidir. 

10. Komandanın kapitanı

Komandanın kapitanı, oyunçuları davranışına görə müəyyən dərəcədə məsuliyyət istisna olmaqla, heç bir xüsusi statusa və ya imtiyaza malik deyil. 
 
Röya Kərimli
Sport7.az





Xəbər lenti