Futbol qaydaları: Top

Futbol qaydaları: Top
1. Keyfiyyət və ölçülər
 
Bütün toplar:

- kürəvi formaya malik olmalıdır
- müvafiq materialdan hazırlanmalıdır
- dairə boyu uzunluğu 70 sm-dən (28 düym) artıq və 68 sm-dən (27 düym) az olmamalıdır
- matçın başlama anında 450 qramdan (16 unsiya) çox və 410 qramdan (14 unsiya) az olmamalıdır
- dəniz səviyyəsində 6-1,1 atmosfer (500-1,100 q/sm2) (8,5 funt/kv düym - 15,6 funt/kv düym) təzyiqə malik olmalıdır.

FİFA və konfederasiyaların bayrağı altında təşkil edilən yarışlar çərçivəsində keçirilən matçlarda istifadə olunan bütün topların üzərində aşağıdakı markalardan biri olmalıdır:
 


Hər bir marka göstərir ki, top rəsmi olaraq yoxlamadan keçib və Qayda 2-də müəyyən edilmiş minimal spesifikasiyalara əlavə olaraq, həmin marka üzrə BFAŞ tərəfindən təsdiq edilmiş xüsusi texniki tələblərə cavab verir. Yoxlamaları həyata keçirən institutlar FİFA tərəfindən təsdiq edilir. 

Qapı Xətti Texnologiyası (QXT) istifadə olunan yerlərdə, texnologiya inteqrasiya edilmiş toplar yuxarıda qeyd edilmiş markalardan birinə malik olmalıdır. 

Mini futbol assosiasiyaları tərəfindən təşkil edilən yarışlarda bu markaların hər hansı birinə malik toplardan istifadə edilməsi tələb edilə bilər. 

FİFA-nın, konfederasiyaların və ya milli futbol assosiasiyalarının bayrağı altında təşkil edilən yarışlar çərçivəsində keçirilən matçlarda, yarışın, təşkilatçının loqo və ya emblemi və təsdiq edilmiş istehsalçının ticarət markası yerləşdirilməsinə icazə verilmir. Bu cür nişanların ölçüsü və sayı yarışın reqlamenti ilə məhdudlaşdırıla bilər. 
 


2. Qüsurlu topun dəyişdirilməsi

Əgər top qüsurlu hala düşərsə

- oyun saxlanılır və
- ehtiyat top vasitəsi ilə, birinci topun qüsurlu hala düşdüyü yerdən mübahisəli top atmaqla bərpa olunur. 

Əgər top başlanğıc zərbəsindən, qapıdan zərbədən, küncdən zərbədən, cərimə və sərbəst zərbədən, 11 metrlik zərbədən və yan xətdən oyuna daxil edilərkən qüsurlu hala düşərsə, oyun müvafıq qaydada yenidən bərpa olunur. 

Əgər top 11 metrlik zərbə zamanı,yaxun 11 metrlik nöqtədən yerinə yetirilən zərbələr seriyası zamani irəli hərkət etdikdən sonra hər hansı bir oyunçuya, qapı tirinə və ya qapı dirəklərinə toxunmazdan əvvəl qüsurlu hala düşərsə, 11 metrlik zərbə təkrar edilir. 

Matç ərzində top hakimin icazəsi olmadan dəyişdirilə bilməz. 

3. Əlavə toplar

Qayda 2-nin tələblərinə cavab verən əlavə toplar oyun meydanının ətrafinda yerləşdirilə bilər və onların istifadəsi hakimin nəzarəti altında olmalıdır. 

Röya Kərimli
Sport7.az

Xəbər lenti