Futbol qaydalarında bu dəyişikliklər təsdiqləndi

Futbol qaydalarında bu dəyişikliklər təsdiqləndi

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyun qaydalarında bir sıra dəyişiklikləri təsdiqləyib.

Sport7.az xəbər verir ki, qurumun dəyişiklikləri rəsmi saytı vasitəsilə futbol ictimaiyyətinə çatdırıb. Əsas dəyişikliklər qapıçılar və penaltilərlə bağlıdır.

Top qapının yanından və ya çərçivənin üstündən keçdiyi halda qolkiperin etdiyi qayda pozuntusu (hücumçuya qarşı edilən birbaşa kobudluq istisna olmaqla) vərəqə ilə cəzalandırılmayacaq. 

Qapıçı ilk qayda pozuntunsuna görə şifahi xəbərdarlıq, növbəti halda isə sarı vərəqə alacaq.

Hücumçu və qapıçı eyni anda qaydanı pozursa, cəza birinciyə verilir.

Penalti zərbəsi zamanı qapıçı qapı xəttini tərk edirsə, ilk qayda pozuntusuna görə sarı vərəqə ilə cəzalandırılmır. Növbəti halda isə ona vərəqə göstərilməlidir.

Oyun ərzində göstərilən sarı vərəqələr və şifahi xəbərdarlıqlar penaltilər seriyası zamanı qüvvədən düşəcək. Bu, bütün futbolçulara aid olsa da, qapıçılar üçün daha böyük önəm daşıyır. Çünki buna qədər sarı vərəqə almış qolkiper 11 metrlik cərimə zərbələri zamanı səhv edərsə, bu, avtomatik olaraq meydanda qovulma deməkdir.

IFAB və futbol qaydalarına görə penaltilər seriyası oyunun bir hissəsi hesab olunmur. Bu, qalibi müəyyənləşdirmək üçün əlavə vasitədir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR