"Futbol+" qəzeti 22 yaşında!

Düz 22 il bundan əvvəl kövrək addımlarla Azərbaycan mətbuatına qələm basdı "Futbol+". Bəlkə də çoxları həmin gün bu idman qəzetinin belə uzunömürlü olacağını, idman mətbuatı sırasında liderliyi ələ almaqla kifayətlənməyib, dövriliyinə və populyarlığına görə ictimai-siyası mətbuatın aparıcı adlarıyla mübarizə apara biləcəyini təxmin etmirdi. Amma sözsüz ki, qəzetin qurucusu və indiyə qədər də əziyyətini çəkən bir nömrəli şəxs - Mahir Rüstəmli belə düşünmürdü.
 

Bu gün Azərbaycan mətbuatında bu qəzetin məktəbini keçmiş, Mahir bəyin məsləhətləriylə əlindəki qələmi daha mökhəm saxlamağı bacarmış onlarla jurnalist var. "Futbol+" təkcə qəzetlərə, saytlara, televiziyalara deyil, digər bir-çox sahələrə dəyərli kadrlar vermiş məktəbdir. Ən əsası, bu məktəbdə təkcə peşəkar kadrlar yox, vicdanlı vətəndaşlar, əsl Azərbaycan sevdalıları yetişir. "Futbol+"i sevdirən ən əsas xüsusiyyətlərdən də biri budu.

Az qala bütün futbol klublarımızda bu qəzetdə çalışmış əməkdaşlar ölkə futboluna xidmətlərini davam etdirir. Deməli, "Futbol+"çilər təkcə yaxşı jurnalist olmurlar, həm də əla futbol biliciləridi.
 
Qəzet və onun kollektivi haqqında yetərincə dəyərli sözlər demək, təriflər yağdırmaq olar. Təkcə ona görə yox ki, bu gün Sport7.az-da qəzetin iki yetirməsi çalışır. Biz özümüz də "Futbol+"in oxucular, qəzetin sevdalılarıyıq. Ona görə də əminəməm ki, oxucularımız bütün sözlərimizə və təbriklərimizə ürəkdən qoşulacaqlar.
 
Təbriklər, "Futbol+"! Yaşa və yaşat. Qoy vətən idmanı və idmançılarıyla ucalsın!
 
Sport7.az-ın kollektivi və oxucuları
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR