Bu gün Azərbaycan mətbuatında bu qəzetin məktəbini
keçmiş, Mahir bəyin məsləhətləriylə əlindəki qələmi daha mökhəm saxlamağı
bacarmış onlarla jurnalist var. "Futbol+" təkcə qəzetlərə, saytlara,
televiziyalara deyil, digər bir-çox sahələrə dəyərli kadrlar vermiş məktəbdir.
Ən əsası, bu məktəbdə təkcə peşəkar kadrlar yox, vicdanlı vətəndaşlar, əsl Azərbaycan
sevdalıları yetişir. "Futbol+"i sevdirən ən əsas xüsusiyyətlərdən də
biri budu.
Qəzet və onun kollektivi haqqında yetərincə dəyərli sözlər demək, təriflər yağdırmaq olar. Təkcə ona görə yox ki, bu gün Sport7.az-da qəzetin iki yetirməsi çalışır. Biz özümüz də "Futbol+"in oxucular, qəzetin sevdalılarıyıq. Ona görə də əminəməm ki, oxucularımız bütün sözlərimizə və təbriklərimizə ürəkdən qoşulacaqlar.
Təbriklər, "Futbol+"! Yaşa və yaşat. Qoy vətən idmanı və idmançılarıyla ucalsın!
Sport7.az-ın kollektivi və oxucuları