“Futbol+” qəzetininin oxucularına sözü var

“Futbol+” qəzetininin oxucularına sözü var

Ölkəmizdə koronavirus təhlükəsiylə bağlı sosial izolyasiya tədbirləri həyata keçirilir, müxtəlif qadağalar tətbiq edilir.

Sözsüz ki, virusun yayılmasının qarşısını almağa yönələn bu qadağalar bəzi sahələrə çətinlik törədib. Bu sahələrdən də biri çap mediasıdı. Novruz bayramı ilə əlaqədar olan tətil günlərinin bitməsiylə qəzetlərin yenidən işıq üzü görəcəyi, oxucularının görüşünə tələsəcəyi gözlənilsə də, bunu həyata keçirmək mümkün olmayıb. Yayımla bağlı çətinliklərin mövcud olması səbəbindən çap edilməyən qəzetlərdən biri "Futbol+”dir.

Qəzetin "feysbuk” səhifəsində yaranmış vəziyyətlə bağlı oxuculara müraciət ünvanlanıb. Sport7.az həmin müraciəti sizə təqdim edir:

"Oxucuların nəzərinə!

Əziz oxucular! Əvvəlcədən elan etdiyimiz qrafikə uyğun olaraq, bu gün "Futbol+"in növbəti sayı işıq üzü görməliydi. Amma Nazirlər Kabineti yanındakı Operativ Qərargahın yasağını əsas gətirən yayım şirkətləri çalışmadığından qəzetin satışını təşkil edə bilmirik. Bu yasaq götürülən kimi qəzet əvvəlki qaydada işini davam etdirəcək. Bizdən asılı olmayan səbəbdən yaranan duruma görə təəssüfləndiyimizi bildirir, anlayışınıza görə təşəkkür edirik”.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR