Futbolçu karantin qaydalarını pozdu, sonra üzr istədi

Futbolçu karantin qaydalarını pozdu, sonra üzr istədi

"Ayaks"ın futbolçusu Kvinsi Promes koronavirusla əlaqədar karantin qaydalarını pozduğu üçün üzr istəyib. 

Sport7.az xəbər verir ki, bu barədə 28 yaşlı hücumçu şəxsi "Instagram" səhifəsində yazıb. O, futbol üçün çox darıxdığına görə Amsterdamda dostları ilə oynadığını bildirib. Təcrübəli forvard evdən küçəyə çıxmasını düşünülməmiş hərəkət adlandırıb. Promes görüntüləndiyi video ilə əlaqədar üzrxahlıq edərək, hamıya belə çətin zamanda güc arzulayıb.

İndiyədək Niderlandda koronavirusa 11 750 yoluxma halı qeydə alınıb. Onlardan 864-ü dünyasını dəyişib. O cümlədən, ötən gün ölənlərin sayı 93 olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR