Futbolçu pasportunu evdə unutdu, Dortmund - London reysində gecikmə oldu

Futbolçu pasportunu evdə unutdu, Dortmund - London reysində gecikmə oldu
Dortmund "Borussiya"sının futbolçularını Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Tottenhem"lə oynanılacaq matç üçün İngiltərənin paytaxtı Londona aparmalı olan təyyarə gecikmə ilə havaya qalxıb.

Buna alman klubunun yarımmüdafiəçisi Ceydon Sançonun pasportunu unutması səbəb olub. Hava limanında ikən sənədinin yanında olmadığını görən gənc futbolçu evə qayıdıb.

"Tottenhem" - "Borussiya" matçı sabah Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
 
Sport7.az

Xəbər lenti