Futbolçu prezidenti bıçaqlayıb öldürməkdə günahlandırılır

Futbolçu prezidenti bıçaqlayıb öldürməkdə günahlandırılır

Braziliyanın D Seriyasında çıxış edən "Nasional" klubunun fəxri prezindenti Xose Danilson Alves de Oliveyra bıçaqlanaraq öldürülüb. 

Sport7.az xəbər verir ki, bu haqda "Globo Esporte" nəşri yazıb, Parana təmsilçisinin keçmiş futbolçusu Vinisius Korsini hadisəni törətməkdə ittiham olunur. 

28 yaşlı oyunçunun Danilsona yaxınlaşdığı, onunla mübahisə etdikdən sonra 58 yaşlı funksioneri bıçaqladığı iddia edilir. Futbolçu hadisə yerindən qaçmağa çalışıb, lakin polis gəlməmiş yaxınlıqdakı insanlar tərəfindən tutulub və təhvil verilib. Faktla bağlı araşdırma aparılır. 

Xose Danilson xəstəxanada əməliyyat edilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR