Futbolçudan supersürət - Boltu geridə qoyub tarixə keçdi (VİDEO)

Futbolçudan supersürət - Boltu geridə qoyub tarixə keçdi (VİDEO)

Braziliya təmsilçilərindən "Flamenqo"nun formasını yeyən Bruno Henrike sürətilə tarixə düşüb. 
 
Sport7.az xəbər verir ki, 29 yaşlı hücumçu Libertadores Kubokunun 1/4 final mərhələsində "Internasional"a qarşı keçirilən oyunda 38 km sürətlə qaçıb. 
 
Bununla da "sambaçı" futbol tarixindəki ən sürətli futbolçu olma ünvanını ələ keçirib. Enrike 2:0 hesabı ilə başa çatan oyunda hər iki qolun müəllifi olub. Komandalar arasında cavab matçı avqustun 29-da baş tutacaq.
 
Atletikada 100 metri saatda 37.5 km sürətlə qaçan Useyn Bolt belə Henrikenin gerisində qalıb.
 

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR