Futbolçuları daşıyan təyyarə mənzil başına çata bilmədi – Təcili xəbər

Futbolçuları daşıyan təyyarə mənzil başına çata bilmədi – Təcili xəbər

Türkiyə Superliqasında çıxış edən "Alanyaspor”un səfərə çıxdığı təyyarə təcili eniş edib.

Sport7.az xəbər verir ki, "Sivasspor”la qarşılaşmaq üçün hava gəmisiylə səfərə çıxan futbolçular mənzil başına çata bilməyiblər. Buna səbəb Sivas şəhərində qatı duman və pis hava şəraitinin hökm sürməsi olub.
 
Təyyarə dumana görə Sivasın beynəlxalq hava limanına enə bilməyib və Kayeriyə doğru istiqamət götürüb.

Artıq təyyarə Kayserinin hava limanına enib və futbolçular xüsusi avtobusla Sivasa yola düşüblər.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR