“Futbolçuların haqqını yemək düzgün deyil” - Nazim Süleymanov

“Futbolçuların haqqını yemək düzgün deyil” - Nazim Süleymanov
"Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm və Avropa Liqasında uğurlar arzu edirəm. Oyuna gəlincə, bu rəqiblə oynamaq çətindi və şərəflidi. Futbolçularım yaxşı keyfiyyətlərini ortaya qoydular, onlardan razıyam. İrəli baxmaq lazımdı”.

Sport7.az xəbər verir ki, bunu "Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov Topaz Premyer Liqasının 4-cü turunda səfərdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Bu gün kifayət qədər əsəbi görünürdüz. Bunun səbəbi nədi?
- Bu, məğlubiyyətlə bağlı deyil. Futbolçular əziyyət çəkir, güclərini ortaya qoyur. Hakim idarəçiliyi nəticəyə təsir etdi. Siz də gördünüz ki, penalti var idi. Epizoda baxmağa ehtiyac yox idi, top rəqibin əlinə dəymişdi. Sadəcə, futbolçuların haqqını yemək düzgün deyil. Hakim futbolçuların çəkdiyi zəhməti yerə vurdu.

- Yusif Nəbiyevin qırmızı vərəqə alması komandanı pis vəziyyətə qoydu. Ona hansısa cəza verəcəksiz?
- Cəza olacaq. Həmin epizodda əllə oynamaq olmazdı. Ona dedik ki, ehtiyalı olmalısan.

- "Sumqayıt” çempionatın ən intizamsız komandasıdı. 4 oyuna 3 qırmızı vərəqə almısınız. Bu, nə ilə bağlıdı?
- Bəli, bu, intizamsızlıq kimi görünə bilər. Futbolçularım daha diqqətli olmalıdılar. (Futbolinfo.az)
 
Sport7.az

Xəbər lenti