Futbolçuların xanımları DÇ-2018-i boykot edəcək

Futbolçuların xanımları DÇ-2018-i boykot edəcək
İngiltərə millisinin futbolçularının həyat yoldaşları və sevgililəri DÇ-2018 üçün Rusiyaya getməyi düşünmürlər. 

Sport7.az xəbər verir ki, buna səbəb təhlükəsizlik tərəddüdüdür. 

Bu barədə Daily Mail məlumat yayıb. 

Avro-2016 (Fransa) və DÇ-2018 (Braziliya) zamanı futbolçuların ailələri komandaların məskunlaşdığı otellərə yaxın qalıblar. 

Bu dəfə ingilis futbolçuların xanımları dünya çempionatını ya boykot edəcəklər, ya da ancaq oyundan-oyuna gələcəklər. 

Gəlmək istəyənlər isə millinin düşərgəsindən 50 km məsafədə kənar qalmaq istəyirlər. 
 
Sport7.az

Xəbər lenti