Futbolçunun arvadı: "Onu hamamda məşuqəsi ilə yaxaladım" - FOTOLAR

Futbolçunun arvadı:
Rusiya Premyer Liqasında Moskva "Spartak"ının formasını geyən Denis Qluşakov həyat yoldaşı Dariya Qluşakovdan boşanır.

Sport7.az xəbər verir ki, rus futbolçunun arvadı boşanma üçün məhkəməyə müraciət etdiyini təsdiqləyib. Dariya açıqlamasında "Həyat yoldaşımdan boşanmaq üçün məhkəməyə müraciət etməyim doğrudu. Çünki məni aldadıb. Xəyanətə uğramışam. Oyundan öncə onu hamamda məşuqəsi ilə yaxaladım. Videonu internetə kimin yüklədiyini bilmirəm, amma bu bir sir deyil. Onsuz da komanda yoldaşları da bilirdi" sözlərini söyləyib. 

Qluşakovun xanımı bununla yanaşı əri tərəfindən şiddədət məruz qaldığını bildirərək, "Denis məni döydü. Ayağımda çürüklər vardı. Onurğam yer dəyişdirdi" ifadələrini işlədib. 

"Spartak"ın futbolçusu cari mövsüm Premyer Liqa və Avrokuboklarda ümumilikdə 8 məhsuldar ötürməyə müəlliflik edib. Rus futbolçunun qolu yoxdu.
 




 

Sport7.az

Xəbər lenti