Futbolçunun "kepka"sını oğurlayan uşağa cinayət işi açılıb

Futbolçunun
Bir müddət əvvəl Almatı klubu "Kayrat"ın afrikalı hücumçusu Qounun kepkası oğurlanmışdı.

Sport7.az xəbər verir ki, hadisə "Atırau" ilə oyundan sonra futbolçular avtobusa minərkən baş verib. Qounun başındakı "kepka"nı götürən naməlum qaçdığından onu yaxalamaq mümkün olmayıb.

Amma yerli polis sonradan hadisənin videogörüntülərini izləyib və oğurluq edənin 15 yaşlı yeniyetmə olduğu müəyyənləşib. Onun barəsində müvafiq maddə ilə cinayət işi açılıb.

Qounun paıpağını özünə qaaytamraq mümkün olmayıb. Yeniyetmə birldirib ki, çox qorxduğundan "kepka"nı hara tulladığını xatırlamır. Amma məqsədi oğurluq etmək yox, futbolçudan xatirə saxlamaq olub.

Sport7.az

Xəbər lenti