"Futbolumuz böyüksüz qaldı" - XATİRƏLƏR

Bildiyiniz kimi, bu gün Azərbaycanın əməkdar məşqçisi Böyükağa Hacıyevin vəfatından 1 il ötür. 

Sport7.az mərhum mütəxəssisi yad etmək məqsədi ilə futbol ictimaiyyətinin nümayəndələrinə söz verib. 

Onlar Böyükağa müəllimi belə xatırlayır. 
 


Mehman Rəsulov ("Neftçi"nin sabiq mətbuat katibi): "Böyükağa müəllimi şəxsən tanıyırdım, xoşbəxtlikdən onunla birgə işləmək mənə də qismət olub. O, Azərbaycan futbolunda tarix yazdı, adı kimi böyük tarix. Hacıyevin gedişi ilə futbolumuz böyüksüz qaldı. O, futbolumuzun ən "Böyük Zəif"i idi.

Ceyhun Həşimov (Keçmiş hakim): "2015-ci ilin yanvar ayı idi. Masazırda hakimlərin təlim məşq toplanışı keçirilirdi. Böyükağa müəllim hakimlərə məşqçilərlə hakimlər problemindən danışırdı. Fasilədə dedi, Səfərin oğlu (mənə çox zaman atamın adı ilə müraciət edirdi) düşək aşağı bir çay içək.
 
Nə isə söhbət edirik, birdən qayıdır ki, "bilirsən mən məğlub olmağı bacarıram, amma heç sevmirəm. O səbəbdən mən oyun başlamamışdan hucumlara başlayıram. "Bilirsən necə?" deyə soruşur. "Kimliyindən aslı olmayaraq heç vaxt ehtiyatlı danışmıram. Soyunub geyinmə otağında futbolçulara ancaq qəbələ barədə məlumat ötürürəm". Bunları mənə danışır və əsəbləşir.
 
Deyir "sən məni başa düşürmürsən, mən 3 xalı cibimdə gəzdirirəm". Məni gülmək tutur. Deyir "nə oldu, gülürsən?", özüdə gülümsəyir.
 


Davam edir... "Tutaq ki, komanda birinci hissədə 0:5 məğlub durumdadı. Məşqçini fasilədə qovurlar və mənə deyirlər ki, ikinci hissədə komandanı meydana sən çıxarırsan".

Mən də dedim ki, "ay Böyükağa müəllim, mən inanmıram sən kiminsə yerinə belə gələsən". Yenə əsəbləşir. (gülür)... Deyir "ay kişi, məsəl çəkirəm" və davam edir. "Bax bu hesabla, bu vəziyyətdə mən ancaq qələbə barədə düşünəcəm və bu istək məni heç vaxt tərk edə bilməz. İkinci hissəni elə hazırlayaram ki, taktikanı qoyaq bir kənara, deyərəm oyunu qoyun bir kənara, döyüşə çıxırıq".
 
Bəli dostlar, o ARATOR idi...
 
Məşqçilər, sizin əlinizdə material olmasa da, oyunçulara sona qədər döyüşməyi, vuruşmağı aşılamaq lazımdı. O zaman nəticədə olacaq... Sənin yerin görsənir Böyük..."
 
Ardı var...
 
Röya Kərimli
Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR