Futbolumuzun gözəlləri bayramı necə qeyd edəcək? - SORĞU

Futbolumuzun gözəlləri bayramı necə qeyd edəcək? - SORĞU

Bu gün bütün dünyada 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur.

İlk olaraq Sport7.az saytı kolletivi adından xanımlarımızı bayram münasibəti ilə təbrik edirik. 

Bayramı nəzərə alaraq futbol ictimaiyyyətimizin gözəl və dəyərli xanımlarını yad etdik. Onlar bayramı necə qeyd etdiklərini, kimdən nə hədiyyə aldıqlarını, hansı hədiyyəni gözlədiklərini Sport7.az-a açıqladılar. 
 


Rəfiqə Əziz (Jurnalist): "Dünəndən bəri izləyicilərimdən simvolik hədiyyələr almışam. Düzü, gözləmədiyin adamdan hədiyyə gələndə xoş olur. Təbii ki, hədiyyə almağı hər qadın sevir. Amma bu mənim üçün tam olaraq sevgi və diqqət göstəricisi deyil. Adətən sadəcə xatırlanıb təbrik edilmək belə kifayət edir. Yaxın və özəl kəslərə isə, sifarişi özüm verirəm. Dostuma ərkim çatmayacaqsa, o nə dostluqdur ki? (gülür)... O hədiyyələr də həftə sonuna qədər mənə çatacaq. Azca arsızlıq edib tez-tez xatırladıram çünki (gülür)... Bircə qardaşımın hədiyyəsi nə olacaq bilmirəm. Hər il sürpriz edib məni təəccübləndirməyi bacarır. Ən çox onun hədiyyəsini gözləyirəm".
 


Vüsalə Hüseynova (Azarkeş): "Bir neçə il əvvəl "İnter" 8 mart günü möhtəşəm qələbə hədiyyə etmişdi mənə. Ən unudulmaz qələbələrdən biri idi mənim üçün. Sonra klubdan 2 dəfə bayraq hədiyyə olunub. Stadionda çəkilmiş şəklim ilə hazırlanmış özəl bir çərçivə, imzalı forma hədiyyə almışam klubdan. Həyatımda aldığım ən gözəl hədiyyələrdən biri "İnter" loqosu ilə hazırlanmış xalçadır. Bu il isə, ayın 9-da "Keşlə"dən 3 xal gözləyirəm. Son zamanlar üçün ən gözəl hədiyyə olar mənə". 
 


Təhminə Süleymanzadə (Futbolçu): "8 mart hədiyyəmi dünən aldım. Dostum ötən gün səhər planşet hədiyyə etdi. İkimizin də ad günümüz martın 11-dədır. Bir də tort gətirib. Üzərində isə, "11-8=3 gün erkən doğula bilməzdin?" yazısı ilə. (gülür)... 
 
Saytınız vasitəsi ilə, müharibədə təcavüzə uğrayan, itgin düşən, şəhid, qazi qadınların və Azərbaycanın gələcəyi olan gəncləri böyüdən analarımızın bayramını təbrik edirəm".




Zeynəb Əlizadə (Jurnalist): "Hər bayramda özümə hədiyyə alıram. 8 mart da istisna deyil, əsasən, aksesuar alıram. Qəribədir ki, özümə aldığım hədiyyə növbəti bayrama qalmır - ya itirirəm, ya da qırılır. Kimdənsə hədiyyə gözləmək məsələsinə gəlincə, baxmayaraq ki, hədiyyə sevənəm, ancaq nəyi kimin verməsinə diqqət edirəm. Bir hədiyyəni 10 nəfər ala bilər, ancaq biri alsa daha çox sevinərsən, bu yəqin ki, həmin insanlarının kimliyinə görə dəyişir. Bu bayramda ofisə tanımadığım insan Orxideya göndərib. Gül buketini sevmədiyimi nəzərə alsaq, dibçəkdə olması çox xoş oldu. Gözlədiyim hədiyyə var, ancaq o nəvaxt olacaqsa, onda çox sevinəcəm. Bunun üçün 8 mart olması şərt deyil".
 


Kəmalə İsmayılova (Fitnes məşqçisi, keçmiş idman jurnalisti): "Düzü, hədiyyə almaq üçün bayramı gözləmirəm. Çünki tez-tez hədiyyə alıram. Amma hər kəsdən qəbul etmirəm. Əsasən xanım tələbələrim və sevdiyim şəxsdən qəbul edirəm. Xüsusi bir hədiyyə gözləmirəm."
 


Aygül Qarayeva (Jurnalist): "Düzü, sabahkı günlə bağlı hələ hədiyyə almamışam. Xüsusi hədiyyə gözlədiyim biri də yoxdur. Bayramın əhval-ruhiyyəsini hələ ki, tam hiss edə bilmirəm. Amma xüsusi təbriklərə "yox" demərəm. (gülür)..."
 


Aygün Osmanova (Jurnalist): "Bəlkə şablon olacaq amma, əslində hədiyyə gözləntisi olan biri deyiləm. Amma hədiyyə gələrsə təşəkkür edib qəbul edərəm. (gülür)... Bir neçə qurumdan hədiyyəm gəlib, həmçinin çalışdığım yerdə də hədiyyəsiz qoymadılar. Xüsusi gözlədiyim hədiyyə əslində yoxdur. Amma mənə yaxın olan dostlar yaxşı kofe içməyə dəvət edərsə, böyük məmnuniyyətlə gedərəm. Çünki kofe içmək həvəskarıyam. (gülür)..."
 


Sevinc Məmmədova (Azarkeş): "Sözün açığı mən bayramları qeyd etmirəm. Mənim üçün ən gözəl bayram mənim doğum günümdü. Bayramlar hamı üçündü. Ona görə sıradan günlər kimi görünür. Doğum güüendə isə özəl olursan. Xüsusi hiss edir insan özünü. Konkret hədiyə gözlədiyim kimsə yoxdur. Amma yəqin ki hər il olduğu kimi olacaq. İş yerimdə,kollektivdə yeganə xanım mənəm. Ona görə sağ olsun oğlanlar hər il çoxlu hədiyələrim olur. Surpriz falan hazırlayırlar. Müdür də işdən də tez buraxır. (gülür)...
 

 
Sevinc Novruzova (Azarkeş): "Hələlik heç kim heç nə hədiyyə etməyib. Yəqin sabah edərlər. (gülür)... Təkcə anam ona işdən hədiyyə edilən gülü mənə bağışladı. Maraqlısı odur ki, 8 Mart mənə bayram kimi maraqlı deyil. Mart ayı gələndə ən çox Novruz bayramını həvəslə gözləmişəm, qadınların bayramını yox. Çox sıxıcı və maraqsız gəlir".

Röya Kərimli
 
Sport7.az



OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR