Futzal üzrə ölkə kubokunun qalibi müəyyənləşdi

Futzal üzrə ölkə kubokunun qalibi müəyyənləşdi

Bu gün futzal üzrə Azərbaycan kubokunun final oyunu keçirilib.
 
Sport7.az xəbər verir ki, Bakı İdman Sarayında "Advokat” və EKOL komandaları qarşılaşıb. Oyun 7:3 hesabı ilə EKOL-un xeyrinə başa çatıb.
 
Görüş başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov, Azərbaycan Futzal Federasiyasının əməkdaşı Xosrov Məmmədov, beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli təqdim ediblər. EKOL komandasının üzvü Namiq Məmmədkərimov həlledici qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
 
Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR