Futzal yığmamız iki yoxlama matçı keçirəcək

Futzal yığmamız iki yoxlama matçı keçirəcək

Futzal yığmamızın təlim-məşq toplanışının və keçirəcəyi yoldaşlıq görüşlərinin tarixi müəyyənləşib.
 
Sport7.az xəbər verir ki, Joze Alesionun rəhbərlik etdiyi millimiz avqustun 25-dən 28-dək Minsk şəhərində təlim-məşq toplanışında olacaq.
 
Bu müddətdə isə 2 yoldaşlıq görüşü planlaşdırılıb. Belə ki, komandamız avqustun 26-da və 28-də Belarus yığması ilə yoxlama matçında qüvvəsini sınayacaq.
 
İlk oyun Minsk, digər matç isə Borisov şəhərində təşkil olunacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR