Füzuli Məmmədov:

Füzuli Məmmədov: "Deməzdm ki, bu onların tam potensialıdır"

"Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın 17-ci turunun "Keşlə” klubu ilə oyunusonrası mətbuat konfransında fikirlərini açıqlayıb.
 
Sport7.az xəbər verir ki, o, qələbəni qələbəni komandanı 90 dəqiqə dəstəkləyən azarkeşlərimizə, ümumiyyətlə, bütün "Neftçi” ailəsinə həsr etdiyini bildirib: "Çətin oyun olacağını bilirdik. Çox ciddi hazırlaşmışdıq. Rəqibi hər cür analiz etmişdik. Necə oynayacaqlarını bilirdik. Oyunumuzu da ona uyğun qurmuşduq. Qurduğumuz plan, futbolçuların meydandakı əzmkarlığı və tapşırıqları maksimum yerinə yetirməkləri qələbə ilə nəticələndi. Bu qələbəni 90 dəqiqə bizi dəstəkləyən azarkeşlərimizə, ümumiyyətlə, bütün "Neftçi” ailəsinə həsr edirik”.
 
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: "Oyunları analiz edirik, kimin daha hazırlıqlı olduğunu nəzərə alıb start heyətini qururuq. Bu cür tempi qalan oyunlarda saxlamağa gəlincə, mən bura yeni gəlmişəm. Düzdür, komandanın içində idim və futbolçuların potensialını bilirəm. Deməzdm ki, bu onların tam potensialıdır. İşləməyə davam edib, daha yaxşı futbol sərgiləməyə çalışacağıq”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR