Maraqla gözlənilən döyüş baş tutmaya bilər

Maraqla gözlənilən döyüş baş tutmaya bilər

Ağır çəkidə WBC versiyası üzrə dünya çempionu Tayson Fyuri WBA, IBF, WBO və IBO kəmərlərinin sahibi Entoni Coşua ilə döyüşünün baş tutacağına inanmır.

Sport7.az xəbər verir ki, Fyuri "iFL TV" "YouTube" kanalına müsahibəsində bu barədə danışıb:

"Xəyallarımda belə bu döyüşün baş tutacağına inanmamışam. Entoni Coşua ilə döyüşəcəyimdən əmin deyiləm".

Daha öncə Fyuri və Coşuanın arasında iki görüş keçiriləcəyinə və bu barədə razılıq əldə olunduğuna dair xəbərlər yayılmışdı.

Fyuri professional boks karyerası ərzində keçirdiyi 31 döyüşün 30-dan qalib ayrılıb, bir qarşılaşma heç-heçə başa çatıb. Coşuanın aktivində isə 23 qələbə, 1 məğlubiyyət var.

Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR