"Gecikmələr texniki məsələlərlə əlaqədardı" - Azad Mustafayev

Son günlər "Kəpəz"in "feysbuk" səhifəsi ilə bağlı müzakirələr aparılmaqdadı. Buna səbəb isə səhifənin gec yenilənməsi və məlumatların operativ şəkildə qoyulmamasıdı. 

Hətta komandanın azarkeşləri də "Qəbələ" ilə oyunda "Salam, admin" sözləri yazılmış pankart açmaqla narazılıqlarını bildirmişdilər. Bununla yanaşı çempionat və klub bir kənarda qalıb, səhifədə MFL-in oyunları ilə bağlı paylaşımlar edilir. Qısası belə görünür ki, "Kəpəz" kimi klubun rəsmi səhifəsini idarə edənlər öz işlərinə başdansovdu, dırnaqarası yanaşır.

Maraqlıdı klubda bu narazılıqlar müzakirə və səhifəni idarə edənlərə xəbərdarlıq olunubmu? Klubun mətbuat katibi Azad Mustafayev Sport7.az-a açıqlamasında bu suallara cavab verdi. 

"Bilirsiz ki, "Kəpəz"in saytı ölkədə ən fəallar sırasında ilk pillələrdədi. Bizdə həmişə informasiya, yazılar, müsahibələr geniş olur. Təbii ki həmin yazılar "feysbuk"da da əks olunur. Düzdü bir qədər texniki problemlər var, bunları da yoluna qoyuruq. Qarşıdakı günlərdə problem olmayacaq. 

Səhifəni idarə edənlərin adlarını deməyim. Amma onlara xəbərdarlıq olunub. Problemlərin həlli ilə bağlı addımlar atılıb, yaxın zamanlarda özünüz də görəcəksiz. Gecikmələr texniki məsələlərlə əlaqədardı".

Sport7.az

Xəbər lenti