Gənc cüdoçularımız yaxşı başladı

Gənc cüdoçularımız yaxşı başladı

Portuqaliyanın Koimbra şəhərində gənc cüdoçular arasında Avropa kuboku yarışına start verilib.

Sport7.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, beynəlxalq turnirin ilk günü cüdoçularımız 2 medal qazanıblar.

60 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov bütün görüşləri qalib başa vuraraq, qızıl medala sahib olub. Daha bir təmsilçimiz Nəriman Mirzəyev (66 kq) isə bürünc medal qazanıb.

Beləliklə, gənclərdən ibarət milli komandamız Koimbra turnirinin ilk günündə aktivinə 1 qızıl və 1 bürünc medal yazdırıb.

Qeyd edək ki, Avropa kubokunda 24 ölkədən 306 cüdoçu yarışır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR