Gənc güləşçilərimiz Yakutskda iki medal qazandılar

Gənc güləşçilərimiz Yakutskda iki medal qazandılar
Yakutskda Olimpiya çempionu Roman Dmitriyevin xatirəsinə həsr olunmuş gənclər arasında sərbəst güləş üzrə altıncı beynəlxalq turnir keçirilib.

Sport7.az xəbər verir ki, turnirdə məşqçi Nazim Əlicanovun rəhbərliyi altında gənclərdən ibarət sərbəst güləş yığmamızın 5 üzvü qüvvəsini sınayıb. Güləşçilərimiz turniri 1 gümüş və 1 bürünc medalla başa vurublar.

Finaladək bütün rəqiblərindən üstün olan Hacımurad Hacıyev (65 kq) həlledici görüşdə Monqolustan təmsilçisinə uduzub və turnirin gümüş medalına yiyələnib.

Bürünc medalı isə yığmamıza Rəşad Yusifli (79 kq) qazandırıb. Üçüncü yer uğrunda görüşdə güləşçimiz Yunanıstan təmsilçisindən üstün olub.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edib.
 
Sport7.az

Xəbər lenti