Gənc karateçilərimiz Venesiyada 3 medal qazandı

Gənc karateçilərimiz Venesiyada 3 medal qazandı

Baş məşqçilər Anar Allahverdiyev (kumite) və Vahid Ayvazovun (kata) rəhbərliyi ilə 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərdən ibarət Azərbaycan milli komandasının üzvləri İtaliyanın Venesiya şəhərində Gənclərin Karate1 Premyer Liqa turnirinin ilk günü 3 medal qazanıblar.

Sport7.az xəbər verir ki, 13-15 dekabr tarixlərində yarışın ilk günü mübarizəyə qatılan 16-17 yaşlı idmançılardan Polina Qurenko (-53 kq) və Ramil Baxşəliyev (-55 kq)​ turnirin gümüş mükafatını qazanıb. Öz çəki dərəcələrində favoritlərdən sayılan Hüseyn Məmmədli və Əminağa Quliyev (-61 kq) bürünc medal uğrunda həlledici görüşdə qarşılaşıblar. Hesab açıılmadığından hakimlərin qərarı ilə döyüşü daha fəal keçirən Quliyev qalib gəlib.​

Tale Yaqubov və Turan Rzazadə (hər iksi -68 kq) 1/4 finalda,​ Sultan Hüseynov (-55 kq), Hüseyn Hüseynzadə və Fərid Ağayev (-76 kq), həmçinin​ Ayla Rzazadə (-59 kq), Humay Həsənli (+59 kq), eləcə də Zəhra Qurbanzadə və Həsənəli Həsənov (hər iksi kata) isə daha əvvəlki mərhələlərdə məğlub olublar.
Qarşıda 14-15 yaşlı yeniyetmələrdən Məhəmməd Xamoyev (-52 kq), Nicat Kərimli və Fərid Savadov (-57 kq), Azər Tapdıqlı və Rumil Cəfərli (-63 kq), Arina Bezrebra və Hüseyn Nəsirli (kata) mükafatlar uğrunda mübarizə aparacaqlar.​ ​

İdmançılarla bir yerdə beynəlxalq hakim Cahangir Babayev və milli hakim Mir-Cabbar Seyidov, o cümlədən məşqçilər Denis Morozov və Nağı Mehdiyev liqa yarışlarına yollanıb.
 
Dünya Karate Federasiyasının (WKF) 2018-ci il mövsümündə son rəsmi yarışına 65 ölkədən 3180 karateçi qatılıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR