"Gəncə Kuboku" keçiriləcək

1-2 iyun tarixlərində Gəncə şəhərində "Gəncə Kuboku" beynəlxalq turniri keçiriləcək.
 
Sport7.az xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində yarışda bir sıra yaxın ölkələrdən müxtəlif yaşlı karateçilərin iştirakı gözlənilir. 

Azərbaycan Milli Karate Federasiyası, federasiyanın Gəncə Regional Şöbəsi və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkil etdiyi yarışda 6-12 yaşadək uşaqlar və 14-15 yaşlı yeniyetmələr kumite və kata çxışlarında mübarizə aparacaq. 

1 iyunda saat 14:00-da beynəlxalq turnirin təntənəli açılış mərasimi olacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR