“Gəncə Open 2018” turniri başa çatdı

“Gəncə Open 2018” turniri başa çatdı

Gəncə Şahmat Məktəbində Məhsəti Gəncəvinin xatirəsinə həsr olunmuş "Gəncə Open 2018” respublika şahmat turniri başa çatıb.

Sport7.az xəbər verir ki, yarışın qalibi adını 9 oyundan 8 xal toplayan Amil Abbasov qazanıb. İkinci yerdə 7,5 xalla Babək Cəfərli qərarlaşıb. Namiq Verdiyev isə 6,5 xalla üçüncü yeri tutub.

Dörd gün davam edən yarışda 48 şahmatçı mübarizə aparıb. Yarış Gəncə və ətraf şəhərlərdən olan şahmatçıların ustalıq səviyyəsinin, təcrübəsinin və beynəlxalq reytinqlərinin artırılmasına xidmət edir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR