Gəncə stadionun şok qonağı (FOTO)

Gəncə stadionun şok qonağı (FOTO)

İllər öncə "Xəzər Lənkəran"ın prezidenti Mübariz Mənsimov birinci dəfə komandanı ölkə çempionatından çıxarmaq istəyəndə, ondan soruşmuşdular ki, "bəs stadionu nə edəcəksiz?" O da cavabında "Eşşək otaracam" deyərək ömür boyu unudulmayacaq bir söhbətə imza atmışdı. Düzdü, sonradan bu Lənkəranda gerçəkləşmədi. Komanda Premer Liqada fəaliyyətini dayandırana kimi "Fırtınalar meydanı"nda azarkeşlərə gözəl günlər yaşatdı, onların prinsipial oyunlar izləməsinə vəsilə oldu. 

Ancaq heyvan otarmaq məsələsi Azərbaycanın başqa bir futbol bölgəsində, Gəncə stadionunda gerçəkləşib. Yəqin ki, arenanın hansı gündə olduğundan xəbəriniz var. Bu yaxınlarda şəkillər təqdim etmişdik. Stadionun infrastrukturu, oradakı tikililər bərbad vəziyyətdədi, demək olar ki, dağılıb. Bugünlərdə Sport7.az-ın redaksiyasına daha bir maraqlı məlumat daxil olub. Sən demə, Gəncə stadionuda artıq at otarmağa başlayıblar. Stadionun ərazisindən at otlağı kimi istifadə edirlər. Gəncədə hörmətli adamlardan birinin atıdı. Bundan "Kəpəz"in kuratoru İsgəndər Cavadovun da xəbəri var. Klub və stadion rəhbərliyinə tapşırıq gəlib. Hər gün səhər atı gətirib bağlayırlar ora və otarırlar, axşam isə aparırlar.
 
Deyəsən, bu davamiyyətlə yaxın günlərdə başqa ev heyvanlarını da stadionda otlayarkən görəcəyik.
 

 


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR