Gəncədəki meydançanın salınması prosesində son durum (FOTOLAR)

Gəncədəki meydançanın salınması prosesində son durum (FOTOLAR)

"Kəpəz"də süni örtüklü meydançanın salınması işləri davam edir. Artıq meydançanın tikiləcəyi yerdə asfalt tökmə işlərinə başlanılıb. Tikinti işləri bütövlükdə AFFA tərəfindən həyata keçiriləcək. Süni örtük hazır olduqdan sonra "Kəpəz”in əsas komandası ilə yanaşı, klubun aşağı yaş qruplarından ibarət komandaları da buradan yararlana biləcək. Gəncə şəhər stadionunun əsas meydanının da təbii ot örtüyü 2017-ci ildə AFFA tərəfindən inşa olunub. Bundan əlavə, arenanın ərazisində 2015-ci ildə assosasiyanın maliyyə dəstəyi ilə süni örtüklü mini meydança salınıb.
 
Sport7.az hazırda davam edən prosesdən fotoları təqdim edir.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR