Gəncəlilər Astarada çempion oldu

Gəncəlilər Astarada çempion oldu

Sentyabrın 19-da Astaranın "Qamışoba" açıq basketbol meydançasında Azərbaycan Basketbol Federasiyasının və "Zirvə" Beynəlxalq İdman Klubunun təşkilatçılığı ilə 3x3 basketbol üzrə "Astara Open 2020" turniri keçirilib.
 
Sport7.az xəbər verir ki, yarışın açılış mərasimində Astaranın İcra başçısı Qəzənfər Ağayev 27-ci Azərbaycan Çempionatının birincisi olan "Zirvə-Astara" komandasının kapitanı Zaur Paşayevə çempionat qalibinin Kubokunu təqdim edib.
 
Turnirdə Bakı, Gəncə, Astara və Cəlilabadı təmsil edən 10 komanda iştirak edib: "Bakı", "Gəncə Fires", "80"-lər (Bakı), "Poluxin döngəsi" (Bakı), AZFA(Bakı), "Alov"(Bakı), "100+"(Bakı), "Beastore Team"(Astara), "South"(Cəlilabad), "Wizards"(Cəlilabad).
 
Yarışın yarımfinal mərhələsində "AZFA" "Beastore Team" i (7-6) "Gəncə Fires" isə "Bakı"nı üstələyib.
 
Finalda "Gəncə Fires" (Amil Həmzəyev, Polad Həsənov, Elşad Şirzadov) "AZFA"ilə (Zaur Paşayev, Fikrət Paşayev, Anar Sarıyev) üz-üzə gəldi. Çox kəskin qarşıdurma şəraitində keçən oyunda gəncəlilər 1 xal fərqiylə (19-18)" Astara Open 2020"in Kubokunu qazandılar.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR