Gəncəlilər narazıdı – “Kəpəz”i haqsızlıqlardan qoruyaq”

Gəncəlilər narazıdı – “Kəpəz”i haqsızlıqlardan qoruyaq”
AFFA-nın "Kəpəz”ə güzəşt etməməsi, Gəncə klubunun əvəzinə elitaya "Sabah”ın gətirilməsinə hazırlıq görülməsi Gəncədə ciddi narazılığa səbəb olub.
 
Sport7.az-ın elektron poçtuna gəncəli futbolsevərlərin müraciəti daxil olub. Həmin müraciətdə azarkeşrlərdən "Kəpəz”ə sahib çıxmaları xahiş olunur.
 
Öz növbəmizdə bizə üz tutan gəncəli azarkeşlərin müraciətini oxucularımıza təqdim edirik:
 
"Cümhuriyyətimizin 100 illik yubileyi ərəfəsində, bütün xalqımızın bu əziz bayrama hazırlaşdığı bir vaxtda AFFA tərəfindən Gəncənin böyük ənənələrə malik "Kəpəz” futbol klubu Azərbaycan çempionatının elitasından kənarlaşdırılır. Bütün futbol veteranlarını, idman ictimayətini, ziyalıları bu haqsızlığa qarşı səslərini ucaltmağa, möhtərəm cənab prezidentimizə müraciət etməyə səsləyirik.
 
Gəncə Cumhuriyyətimizin beşiyi olduğu kimi, "Azərbaycan futbolunun da Məkkəsi” adlandırılır. Bütün gəncəlilərdən xahiş edirik, haqq səsinizi ucaldın və birlikdə "Kəpəz”i bu haqsızlıqlardan qoruyaq, Gəncə futbolunun məhvinə imkan verməyək!”
 
Müraciəti Gəncə sakinləri və "Kəpəz” azarkeşləri adından aşağıda adları qeyd olunanlar imzalayıb: Şahin Verdiyev, İlqar Əliyev, Abuzər Əzizov, Faiq Qulubəyov, Əziz Əzizov, Vüsal Rüstəmov, Əfqan Əliyev, Həşim Kazımov, Elşən Nəcəfov, Fuad Əliyev.
 
 

Xəbər lenti