Gənclər yığması Naxçıvanda keçirilən turnirin qalibi olub

Gənclər yığması Naxçıvanda keçirilən turnirin qalibi olub

Mayın 28-də Naxçıvan Muxtar Respublikasında yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Heydər Əliyev Kuboku” keçirilib.

Sport7.az xəbər verir ki, Naxçıvan, Culfa, Şərur, Sədərək və Azərbaycanın gənclərdən ibarət yığma komandasının mübarizə apardığı turnir olimpiya sistemi üzrə keçirilmişdir. 2 gün davam edən yarışın qalibi Azərbaycanın gənclərdən ibarət yığması olub. 

Kubok Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR