Gerye “Qarabağ”la belə vidalaşdı (FOTO)

Gerye “Qarabağ”la belə vidalaşdı (FOTO)

Haitili futbolçu Donald Gerye "Qarabağ”la vidalaşıb.

Sport7.az xəbər verir ki, bu barədə o, özünün "İnstagram” səhifəsində paylaşım edib.

"Qarabağ”ın formasında şəklini paylaşan Gerye "Mənim üçün zövq idi. Hər şey üçün təşəkkürlər” yazıb.

Ehtimal edilir ki, ayrılığın səbəbi Geryenin tələb etdiyi maaşın "Qarabağ" tərəfini razı salmamasıdı.

Beləliklə, "Qarabağ”ın yola saldığı oyunçu sayı 5-ə yüksəlib. Geryeyə qədər Yakub Jezniçak, İnnosent Emeqara, Reynaldo Silva və Con Delarj komandadan ayrılmışdı.

Qeyd edək ki, Vild-Donald Gerye "Qarabağ”a 2017-ci ilin yayında "Alanyaspor”dan keçib.
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR