Gimnastımız Tokioda 3-cü oldu

Gimnastımız Tokioda 3-cü oldu

Azərbaycan gimnastı Nikita Simonov Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda gümüş medal qazanıb.

Sport7.az xəbər verir ki, halqalarla çıxış edən atlet 14,800 xallıq nəticə ilə ikinci olub. Sərbəst hərəkətlərdə mübarizə aparan Murad Ağarzayev 13,800 xalla altıncı yeri tutub. 

Qadınların yarışında isə Marina Nekrasova dayaqla tullanmada 13,966 xalla 6-cı olub. 

Yarış "Tokio-2020” Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır. Turnirdə 41 ölkədən 170 gimnast mübarizə aparır. Dünya Kubokuna martın 17-də yekun vurulacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR