Gimnastika komandamız İtaliyada 1 qızıl, 2 gümüş medal qazandı

Gimnastika komandamız İtaliyada 1 qızıl, 2 gümüş medal qazandı

Neapol şəhərində (İtaliya) keçirilən 30-cu Yay Universiadasında bədii gimnastika üzrə final yarışları baş tutub.

Sport7.az xəbər verir ki, ötən gün çoxnövçülük üzrə gümüş medal qazanan gimnastımız Zöhrə Ağamirova, növbəti dəfə uğurlu çıxışı ilə medal qazanmağa müvəffəq olub. Gimnastımızın gürzlərlə icrasının 20.200 xalla dəyərləndirilməsi ona daha bir gümüş medal qazandırıb.

Bununla da, Azərbaycan gimnastika komandası Universiadanı qadın idman gimnastımız Marina Nekrasovanın 1 qızıl və bədii gimnastımız Zöhrə Ağamirovanın 2 gümüş medalı ilə başa vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR