Gimnastika komandamız Olimpiya Oyunlarına lisenziya qazandı

Gimnastika komandamız Olimpiya Oyunlarına lisenziya qazandı

Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatında qrup hərəkətləri komandalarının təsnifat yarışlarına yekun vurulub.

Sport7.az xəbər verri ki, iki proqramın yekununda 53,100 xal toplayan Azərbaycan komandası çoxnövçülük yarışında səkkizinci olub. 

Çempionatda çoxnövçülük xalları üzrə 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanıb. Ötən il Sofiyada təşkil olunan dünya çempionatının nəticələrinə əsasən Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Yaponiya millisi ev sahibi olaraq Olimpiadada iştirak edəcək. Hər dörd komanda ilk beşlikdə yer aldığı üçün millimiz "Tokio 2020”yə vəsiqəni təmin edib.

Çempionatın ötən günü, fərdi  proqramda iştirakçımız Zöhrə Ağamirova çöxnövçülük xalları əsasında vəsiqəni əldə etmişdir. Bu da o deməkdir ki, 2020-ci il Tokioda baş tutacaq Yay Olimpiya Oyunlarınxda Azərbaycanın bədii gimnastları hər iki proqramda ölkəmizi təmsil edəcəklər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR