Gimnastımız beynəlxalq yarışda debüt etdi

Gimnastımız beynəlxalq yarışda debüt etdi

Bu həftəsonu, gimnastikanın daha bir növü üzrə təmsilçimiz beynəlxalq yarışda iştirak edib.

Sport7.az xəbər verri ki, Belçikanın Gent şəhərində keçirilən qadın idman gimnastikası üzrə beynəlxalq turnirdə milli komandamızın gənc gimnastı Milana Minakovskaya çıxış edib.

Milana iştirak etdiyi ilk beynəlxalq turnirində 4 alətdə öz proqramını nümayiş etdirib. Bütün çıxışlarının nəticəsinə əsasən, ümumilikdə 43.932 xal toplayan gimnastımız, 69 təmsilçi arasında 44-cü yerdə qərarlaşıb.

Minakovskaya bu il Macarıstanın Gyor şəhərində baş tutacaq gənclər arasında ilk Dünya Çempionatında (27-30 iyun), həmçinin Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalında (21-27 iyul) ölkəmizi təmsil edəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR