Gimnastımız ikinci oldu

Gimnastımız ikinci oldu

Milli Gimnastika Arenasında Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində idman gimnastikası üzrə final yarışları keçirilib.

Sport7.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü, gənc gimnastımız Səməd Məmmədli dəstəli atda çıxışlarına görə Festivalın gümüş medalına layiq görülüb. Təmsilçimiz 13.600 xalla yalnız Ukraynalı gimnastdan geri qalaraq, ikinci pillədə qərarlaşıb.

Səmədin daha bir final çıxışı isə sərbəst hərəkətlərdə olub. Gimnastımız bu final mərhələsində 13.733 xalla sıralamada 6-cı olub.

Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində gimnastika yarışlarında ölkəmizi idman gimnastlarımız Səməd Məmmədli, Mənsum Səfərov, Ağakazım Rüstəmov və Milana Minakovskaya təmsil ediblər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR