Gimnastlarımız dünya çempionu oldu

Gimnastlarımız dünya çempionu oldu

Azərbvaycanda Aerobika Gimnastikası üzrə Dünya Çempionatı keçirilib.

Sport7.az xəbər verir ki, sayca 16-cı olan yarış 27-29 may tarixlərində baş tutub. Azərbaycan Gimnastika Federasiyasının (AGF) may ayında təşkil etdiyi yarışlardan sonuncusu olan bu yarışda da gimnastlarımız uğurları ilə hər kəsi sevindirdilər.

Belə ki, Azərbaycan təmsilçiləri ölkəmizin ilk dəfə ev sahibliyi etdiyi aerobika gimnastikası üzrə dünya çempionatında dünya çempionu titulunu qazanmağa müvəffəq oldular. Avropa çempionu adını daşıyan Akif Kərimli, Nigar İbrahimbəyli, Ayxan Əhmədli, Nərminə Hüseynova, Mədinə Mustafayeva, Elçin Məmmədov, İmran İmranov və Nurcan Cabbarlıdan ibarət aerodans komandamız bu dəfə də onlara olan inamı doğrultdu və fəxri kürsünün ilk pilləsinə yüksəlib.
 
Dünya çempionatı 2020-ci ildə keçşirilməli olsa da COVID-19 pandemiyası səbəbilə təxirə salınımışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR