Gimnastlarımız finala vəsiqə qazana bilmədi

Gimnastlarımız finala vəsiqə qazana bilmədi

Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının ikinci günündə - sentyabrın 17-də iki dəst medal sahibini tapıb.

Sport7.az xəbər verir ki, "Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatın ikinci günündə əvvəlcə gimnastlar fərdi proqram üzrə halqa və topla təsnifat mərhələsində güclərini sınayıblar.

Millimizin heyətində Zöhrə Ağamirova və Veronika Qudis xalça üzərinə çıxıblar. Hər iki gimnastımızın çıxış etdiyi A qrupunda Qudis 1-ci, Ağamirova isə 3-cü nömrə altında topla proqramlarını təqdim ediblər. Təmsilçilərimizin yer aldıqları qrupda 29 gimnast mübarizə aparıb. Ümumilikdə, fərdi proqramda çıxış edən gimnastlar dörd qrup üzrə yarışıblar.

Gimnastların iki alət üzrə əldə etdikləri xallara görə sıralamasında ilk səkkizlikdə qərarlaşan idmançılar final mərhələsinə yüksəliblər. Azərbaycan təmsilçiləri finala vəsiqə qazana bilməyiblər.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR