Gökdəniz ağladı və ağlatdı - FOTOLAR

Gökdəniz ağladı və ağlatdı - FOTOLAR
Mövsümün sonunda "Rubin"dən ayrılacaq Gökdəniz Karadəniz, komandasında yubiliey, 300-cü matçına çıxıb. 
 
Sport7.az xəbər verir ki, matçdan sonra duyğusal anlar yaşanıb. Futbolçu azarkeşlərlə vidalaşdığı matçın sonlarında meydana çıxdı. Bu zaman "Rubin" azarkeşləri də gzyaşlarına hakim ola bilməyib. 
 
Kazanda Gökdənizin geydiyi 61 nömrəli forma tribunaın ən üst hissəsinə yerləşdirilib və əbədiləşdirilib. 
 
Gökdeniz Karadeniz Kazan klubunda 2008-ci ildən çıxış edir. Onunla eyni formanı geyinmiş futbolçular arasında "Neftçi"nin hazırkı kapitanı Ruslan Abışov da olub. Abışov 2013-cü ilin fevralından 2014-cü ilin iyununadək "Rubin"də yer alıb.
 




 

Sport7.az

Xəbər lenti