"Görüşə mümkün qədər yaxşı hazırlaşmağa çalışmışıq" - "Legiya"nın baş məşqçisi

"Joze Kantenin problemi var. Onun "Qarabağ”la matçda iştirak edib-etməyəcəyi bəlli deyil. Ancaq biz futbolçunun meydanda olmasına çalışırıq. Digər oyunçular matça hazırdırlar”.

Sport7.az xəbər verir ki, bunu "Legiya”nın baş məşqçisi Çeslav Mixneviç Avropa Liqasının pley-off mərhələsində "Qarabağ”la keçiriləcək oyun barədə danışarkən deyib.

Çalışdırıcı sabah baş tutacaq qarşılaşma öncəsi təşkil edilən mətbuat konfransında bütünlüklə matça kökləndiklərini söyləyib: "Bu oyunu yalnız idman prinsipləri baxımından qiymətləndiririk. Siyasəti idmanla qarışdırmırıq. Yaxşı çıxış etmək istəyirik, yalnız meydandakı oyuna fikir veririk. Görüşə mümkün qədər yaxşı hazırlaşmağa çalışmışıq. Eyni potensiala sahib iki komanda arasında duel olacaq. İndi əsas psixoloji hazırlıqdan çox şey asılı olacaq”.

Mixneviç taktikanı Azərbaycan çempionuna uyğun quracaqlarını vurğulayıb: "Qarabağ”ın iki oyunçusunun çıxışı sual altındadır. Ancaq biz rəqibdəki hər hansı bir dəyişikliyə və bunun həlli yollarına hazırıq. Bütün diqqətimizi bu oyunun fəlsəfəsinə yönəltmişik”.

Oktyabrın 1-də Polşa Ordu Stadionunda keçiriləcək "Legiya” – "Qarabağ” matçı Bakı vaxtı ilə 22:00-a başlayacaq. (apasport.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR