Güləçilərimiz Avropada birinci oldu

Güləçilərimiz Avropada birinci oldu

İspaniyanın Pontevedra şəhərində gənclər arasında keçirilən Avropa çempionatında Azərbaycanın 2 sərbəst güləşçisi qızıl medal qazanıb.

Sport7.az xəbər verir ki, yeniyetmələr arasında olimpiya çempionu Turan Bayramov 65 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 1/8 finalda Gürcüstan idmançısına minimal fərqlə qalib gələn Bayramov daha sonra Fransa təmsilçisini üstələyərək yarımfinala yüksəlib. Gəncə güləş məktəbinin yetirməsi yarımfinalda Moldova güləşçisinin də öhdəsindən gələrək finala vəsiqə qazanıb. Həlledici qarşılaşmada Rusiya təmsilçisi ilə üz-üzə gələn Bayramov sonuncu xal prinsipinə əsasən qalib gələrək Avropa çempionu olub.

79 kq çəkidəki Abubakr Abakarovun ilk görüşündə Belarus güləşçisini məğlub etmək üçün cəmi 1 dəqiqə 30 saniyə kifayət edib. Yığma üzvü Litva idmançısını da vaxtından əvvəl məyus edərək adını yarımfinala yazdırıb. Bu mərhələdə o, estoniyalı rəqibinə də göz açmağa imkan verməyərək vaxtından əvvəl qələbə qazanıb və finala yüksələn ikinci sərbəst güləşçi olub. Həlledici qarşılaşmada Rusiya güləşçisini üstələyən Abakarov da Avropa çempionu olub.

70 kq çəkidə yer alan Elmar Kazımov ilk qarşılaşmada Moldova təmsilçisinə yenilib. Ancaq rəqib finala çıxdığı üçün Kazımov iyunun 8-də təsəlliverici görüş keçirib və Almaniya güləşçisinə qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Türkiyə güləşçisiylə həlledici görüş gərgin mübarizə şəraitində keçib. Sona 7 saniyə qalmış üstünlüyü əldən verən Kazımov 5-ci yerlə kifayətlənib.

57 kq-da Azər Əhmədov və 97 kq-da Sənan Əlizadə debütdəcə uğursuzluqla üzləşərək, mübarizəni dayandırıb.

57 kq

1/8 final. Azər Əhmədov - Niklas Steşele (Almaniya) - 9:12

65 kq

1/8 final. Turan Bayramov - Amiran Vaxtanqaşvili (Gürcüstan) - 2:1
1/4 final. Turan Bayramov - Marvane Əhməd Yezza (Fransa) - 3:1
1/2 final. Turan Bayramov - Nikolay Qrahmez (Moldova) - 3:1

FİNAL. Turan Bayramov - Müslim Səidulayev (Rusiya) - *1:1

70 kq

1/8 final. Elmar Kazımov - Vasile Diakon (Moldova) - 4:9

Təsəlliverici görüş. Elmar Kazımov - Tino Rettinger (Almaniya) - 5:2

Bürünc medal görüşü. Elmar Kazımov - Ömər Faruk Çayır (Türkiyə) - 2:3

79 kq

1/8 final. Abubakr Abakarov - İlya Xamtsov (Belarus) - 10:0
1/4 final. Abubakr Abakarov - Dominikas Viliusis (Litva) - 11:0
1/2 final. Abubakr Abakarov - Erik Reinbok (Estoniya) - 10:0

FİNAL. Abubakr Abakarov - Amxad Taşukadziyev (Rusiya) - 3:1

97 kq

Təsnifat. Sənan Əlizadə - Danilo Stasyuk (Ukrayna) - 1:1
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR