Güləş Federasiyası aksiya keçirəcək - cəbhədəki hadisələrlə bağlı

Güləş Federasiyası aksiya keçirəcək - cəbhədəki hadisələrlə bağlı

Azərbaycan Güləş Federasiyası cəbhədəki hadisələrlə bağlı alqışalayiq addım atıb.
 
Sport7.az xəbər verir ki, federasiya qanvermə aksiyası keçirəcək. Bu barədə qurum rəsmi məlumat yayıb. Məlumatda aşağıdakı sözlər qeyd olunub: "Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən müharibədə peşəsindən asılı olmayaraq hər bir vətəndaşın üzərinə məsuliyyət düşür. Hər birimiz bu və ya digər yolla ordumuza dəstək olmalıyıq. Azərbaycan Güləş Federasiyası da bu məsuliyyəti dərk edərək orduya dəstək məqsədilə qanvermə aksiyası keçirəcək. Sabah saat 15:15-dən etibarən Nərimanov rayonu, Cəlil Məmmədquluzadə küçəsində yerləşən Mərkəzi Hərbi Hospitalda federasiya rəsmiləri, məşqçilər və güləşçilər yaralı əsgər və zabitlərimiz üçün qan verəcək. Media nümayəndələri dəvətlidir".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR