Güləşçilər maaşlarını aldılar

Güləşçilər maaşlarını aldılar
Güləş üzrə Azərbaycan yığma komandalarının üzvlərinin maaşları ödənilib.

Sport7.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, güləşçilərlə yanaşı, milli komandalarda fəaliyyət göstərən digər şəxslərin də pulları verilib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan güləşçiləri 14 ay əmək haqqlarının verilməməsi ilə əlaqədar etiraz aksiyası keçiriblər.

Sport7.az

Xəbər lenti